Adil Kərimli maldivli həmkarı ilə görüşüb

Adil Kərimli maldivli həmkarı ilə görüşüb
  13 May 2024    Oxunub:1060
Mədəniyyət naziri Adil Kərimli ilə "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizə səfərə gələn Maldivin dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, qonağı salamlayan nazir “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə təşəkkürünü bildirib.

Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.

Nazir bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Maldiv   nazir   görüş  





Xəbər lenti