Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb
Danışıq zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.
İki ölkə və xalq arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında irəlilədiyi vurğulanıb.
Ukrayna tərəfi Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar yardımın əhəmiyyətini diqqətə çatdırıb və minnətdarlığını dilə gətirib.
Qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Ukrayna XİN telefon-danışığı