Alimlər palçıq vulkanında tədqiqat aparıblar
Bildirilib ki, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxarılan palçıq 0,7 hektar ərazini örtüb. Orta qalınlığı 0,7 metr olan palçıq örtüyünün həcmi isə 5000 kubmetrdir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə ən azı dörd dəfə kiçik göstəricidir.
Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100 metr məsafədə yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örtüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.
Püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli süxur nümunələri toplanılıb, hazırda vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.
AzVision.az
Teqlər: