Müəllimlərin etik davranış Qaydaları təsdiqlənib

Müəllimlərin etik davranış Qaydaları təsdiqlənib
  23 May 2024    Oxunub:958
Təhsilverənlərin etik davranış qaydaları təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir.

Əsas məqsəd təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu qaydaların müddəalarına əməl etməyə borcludur.

AzVision.az


Teqlər:





Xəbər lenti