Üç ölkə Pxenyanın təhlükəli və uğursuz ballistik raket atışlarını qınadı

   Üç ölkə Pxenyanın    təhlükəli və uğursuz    ballistik raket atışlarını qınadı
  01 İyul 2024    Oxunub:1479
Şimali Koreya bazar ertəsi iki ballistik raket atıb. Rəsmi Pxenyan onlardan birinin uçuş zamanı partladığını və raket qalıqlarının materikə səpələndiyini açıqlayıb.
Bu fikirlər “Reuters”də dərc olunan məqalədəndir. Nəşr Cənubi Koreya ordusunun bəyanatına istinad edib.

Putin Şimali Koreyaya niyə gedir? - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də ballistik raketlərlə bağlı təhlükələri təsdiqləyiblər. Qeyd edilir ki, Şimali Koreyanın qərb sahilinə yaxın ərazidən təxminən 600 km məsafədə uçan qısa mənzilli bir ballistik raket və 120 km uçuş reallaşdırmış digər raketin atılması qeydə alınıb.

Uçuş trayektoriyasına əsasən, ikinci raketin paytaxt Pxenyana yaxın əraziyə düşdüyü ehtimal edilir. Lakin ordu rəsmiləri əlavə şərhlər verməyiblər.
"Cənubi Koreya hələ də raket buraxılışları prosesinin analizini aparır və itkilərin, əmlaklara ziyanın olub-olmadığını təsdiq edə bilmir", - koreyalı hərbi məmur Lee Sun Çjun brifinqdə deyib.

Birləşmiş Qərargah Rəisləri Cənubi Koreyanın ABŞ və Yaponiya səlahiyyətliləri ilə raketlərlə bağlı məlumat mübadiləsi apardığını da bəyan edib: "Şimali Koreyanın raket buraxılışını Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən təxribat sayır və bunu şiddətlə qınayırıq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koreya   Raket  





Xəbər lenti