Paşinyan ifşa oldu: Veloyürüşdə təsadüfi adam olmurmuş - FOTO

      Paşinyan ifşa oldu:    Veloyürüşdə təsadüfi adam olmurmuş    - FOTO
  01 İyul 2024    Oxunub:1136
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar aktiv şəkildə veloyürüşlər təşkil edir. O, velosiped sürməsi ilə yanaşı yürüşə qoşulan "təsadüfi", "sadə" vətəndaşların görüntülərini də özünün Facebook səhifəsində paylaşır.
Bu gün isə məlum olub ki, veloyürüşün iştirakçıları əvvəlcədən planlaşdırılmış xüsusi adamlar olur.

Paşinyan VS Baqrat - Etiraz aksiyalarına qarşı veloyürüş - VİDEO
Siyasi fəal Lusine Aroyan bununla bağlı Facebookda paylaşım edərək yazıb: “Paşinyanın təşkil etdiyi velosiped yürüşünün bütün iştirakçılarının üzünə diqqətlə baxın. Sizi inandırıram ki, bu yürüşə toplaşanlar arasında təsadüfi insanlar yoxdur".

O iddia edib ki, velosiped həvəskarlarının yarısı ya pul üçün ora gəlib, ya da məmurlar, onların ailə üzvləri və dostlarıdır: "Fotolarda hətta məşhur "Nikolçular" da var. Məsələn, mən həmişə görüntülərdə Avetyanı, bələdiyyəsinin məmuru Arman Antonyanı və digər tanış simaları görürəm. Bu velosiped yarışı başqa bir saxta Nikol şousudur. O da digər proseslər kimi növbəti feyk yarışdır. Yürüş real deyil, yarışlarda özlərinin iddia etdikləri "təsadüfi" iştirakçılar olmur. Onların hamısı özlərinin iyrənc ətrafından əvvəlcədən seçilmiş striptizçilərdir".

Qeyd edək ki, müxalifət mediası Paşinyanın son iki ayda veloyürüşlər təşkil etməsini onun xalq arasında daha çox görünməyə çalışması ilə əlaqələndirir. Saytlar Paşinyanın iki təkər üstündə gəzməsini ölkədə artan narazılıqlara, keşiş Baqrat Srbazanın etiraz yürüşlərinə yersiz cavab kimi qiymətləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Velosiped  





Xəbər lenti