Orban Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib

Orban Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib
  02 İyul 2024    Oxunub:426
Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Bertalan Havaşi bildirib.

Orban: "NATO Ukraynaya görə Avropada üç yeni baza yaradır"
"Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır", - o qeyd edib. Havaşi əlavə edib ki, Orban və Zelenski ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Bundan əvvəl Macarıstanın baş naziri bildirib ki, Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələrsə, Ukraynada atəşkəs olacaq. Siyasətçi vurğulayıb ki, gec-tez Rusiya ilə ABŞ arasında danışıqlar başlayacaq.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Orban   Zelenski   Macarıstan   Ukrayna  





Xəbər lenti