Ben-Qvir: "Həbsxanalarımız dolub, ancaq bu yaxşıdır"

      Ben-Qvir:    "Həbsxanalarımız dolub, ancaq bu yaxşıdır"
  02 İyul 2024    Oxunub:1111
"Həbsxanaların həddən artıq dolması o demək deyil ki, fələstinli məhbusları azadlığa buraxmalıyıq. Onlar terrorçudurlar".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X"də yazıb.

"Əsas problem həbsxanalarda sıxlıq deyil, İsrailin daxili təhlükəsizlik xidməti "Şin-Bet"in məhbusları özbaşına sərbəst buraxmasıdır. Bu yolveriməzdir", - o vurğulayıb.
İsraildə baş həkim qalmaqalı: Müxalifət istefaya çağırır

Xatırladaq ki, Qəzzadakı "Əl-Şifa" xəstəxanasının baş həkimi Məhəmməd Əbu Səlmiyyənin dünən azadlığa buraxılması hökumət və müxalifət nümayəndələri arasında böyük qalmaqal yaratmışdı. Ben-Qvir belə bir qərarı "təhlükəsizlik boşluğu" kimi qiymətləndirmişdi. Milli Birlik Partiyasının sədri, ölkənin keçmiş hərbi kabinetin üzvü, ordu generalı Beni Qants isə hökuməti istefaya çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   həbsxana   məhbus   baş-həkim  





Xəbər lenti