Erməni hərbçi vətənə xəyanət ittihamı ilə həbs edilib

  Erməni hərbçi vətənə xəyanət ittihamı ilə həbs edilib
  03 İyul 2024    Oxunub:1218
Ermənistanda hərbçi saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Qeyd edilir ki, o, vətənə xəyanətdə ittiham olunur.

Komitənin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri (kiçik serjant) 43 yaşlı İrəvan sakini Ok.ru sosial şəbəkəsi vasitəsilə agentliyə cəlb edilib. O, xarici ölkələrdən birinin xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən ələ alınıb. Hərbçi ilə saxta ad altında tanış olan xanım uzun müddət onunla ünsiyyətdə olub.

Qeyd edilir ki, əsgər “sevgi” yazışmalarından sonra "qız"la əlaqəni davam etdirmək istəyib. Məhz bu səbəbdən o, rəsmi və dövlət sirlərini ehtiva edən bir sıra məlumatlar toplayaraq qarşı tərəfə ötürüb: "Bu hərəkətlər Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə böyük ziyan vurub.Hərbçi artıq həbs edilib və Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddənin 1-ci bəndi (dövlətə xəyanət) üzrə ittiham olunub".

İstintaq Komitəsi "ələ alma" əməliyyatının Azərbaycan tərəfindən həyata keçirildiyini iddia edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti