ŞƏT-ə sədrlik Çinə keçir

 ŞƏT-ə sədrlik Çinə keçir
  04 İyul 2024    Oxunub:790
Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Çinə keçir.
AzVision.az xəbər verir ki, Qazaxıstanın paytaxtında imzalanmış ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsinə əsasən, assosiasiyanın növbəti sammiti gələn il Çində keçiriləcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşmaq üzrədir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti