Marsda qurulacaq ilk şəhərin adı açıqlandı

Marsda qurulacaq ilk şəhərin adı açıqlandı
  04 İyul 2024    Oxunub:1054
Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində maraqlı paylaşım edib.
AzVision.az xəbər verir ki, o, Marsda qurulacaq ilk şəhərin adını açıqlayıb.

İnternet istifadəçilərindən biri Maskın Marsdakı ilk şəhəri necə adlandıracağını soruşub. Biznesmen “Bar” cavabını verib. Bəziləri adın bu versiyasını "Mars" şokoladı ilə əlaqələndiriblər. Digər internet istifadəçiləri isə ilk öz versiyalarını təklif ediblər. Onların arasında İlonqrad, İlonvil, Maskelon, Maskburq, İlonobad və s. olub.

Xatırladaq ki, Elon Mask ilk dəfə olaraq 2020-ci ildə Marsda koloniyalar qurmaq və "qırmızı" planetdə ilk şəhər yaratmaq planlarından danışmışdı.

Marsa ilk insanın göndəriləcəyi tarixə gəlincə, iş adamı bunun 2024-2029-cu illər ərzində baş tutacağını ehtimalını irəli sürüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mars  





Xəbər lenti