Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib
  04 İyul 2024    Oxunub:1263
2024-cü ilin II rübündə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin ümumi məbləği 1 milyard 438 milyon 696 min 627 AZN, 32 milyon 682 min 344 dollar təşkil edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının notları üçün 798 milyon 700 min AZN, dövlət istiqrazları üçün əsas məbləğ üzrə 492 milyon 500 min AZN, kupon üzrə isə 95 milyon 940 min 573 AZN ödəniş həyata keçirilib. Mərkəzi depozitar investorlara korporativ istiqrazlar üçün əsas məbləğ üzrə 48 milyon 250 min AZN, 30 milyon dollar, kupon üzrə isə 3 milyon 306 min 054 AZN, 2 milyon 684 min 344 dollar ödəniş edib.

Ümumi yanaşmada Milli Depozit Mərkəzi investorlara əsas məbləğ üzrə 1 milyard 339 milyon 450 min AZN və 30 milyon dollar kupon üzrə isə 99 milyon 246 min 627 AZN, 2 milyon 682 min 344 dollar məbləğində vəsait ödəyib.

AzVision.az



Teqlər:





Xəbər lenti