Prezident ölkə rəhbərlərini COP29-a dəvət etdi

Prezident ölkə rəhbərlərini COP29-a dəvət etdi
  04 İyul 2024    Oxunub:1106
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib
AzVision.az xəbər verir ki, bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib.

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, - dövlət başçısı qeyd edib.

AzVision.az




Teqlər:





Xəbər lenti