Almaniya Ukrayna vətəndaşlarına pasport verilməsini dayandırıb

   Almaniya Ukrayna vətəndaşlarına pasport verilməsini dayandırıb
  02 Avqust 2024    Oxunub:1333
Almaniyanın Hessen əyalətində yaşayan, səfərbərlik yaşına çatmış ukraynalı kişilər öz ölkələrinə məxsus pasportların müddəti başa çatdıqda alman beynəlxalq pasportu ala bilməyəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Hessen Əmək və Sosial İşlər Nazirliyi məlumat yayıb.

"Həmin şəxlər hərbi xidmət keçmək və pasport almaq üçün Ukraynaya gedə bilərlər", - nazirlik bildirib.

Maraqlıdır ki, ukraynalı kişilər belə bir çıxış yolunu müsbət qarşılamırlar. Çünki sənəd almaq üçün vətənlərinə qayıtsalar, hökmən orduya çağırılacaqlar.

Belə bir addım Almaniyanın yerli hakimiyyət orqanlarının Ukrayna vətəndaşlarını ölkədən çıxarmaqla bağlı ilk cəhdi deyil. İyunda Xristian Demokrat İttifaqının "Bundestaq"dakı nümayəndəsi Torsten Frey ukraynalı qaçqınlara sosial müavinət verilməsinin dayandırılmasına çağırmışdı. Oxşar çıxışlar Polşa Seyminin üzvləri tərəfindən də dilə gətirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   qaçqınlar  





Xəbər lenti