DİN Ucardakı qəzanı araşdırır

DİN Ucardakı qəzanı araşdırır
  10 İyul 2014    Oxunub:1455
Daxili İşlər Nazirliyi ucar rayonunda baş verən dəhşətli yol qəzası haqda rəsmi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, iyulun 9-da saat 11 radələrində Ucar rayonu Ramal kəndinin ərazisində Bakı şəhər sakini Vladislav Roztopiranın idarə etdiyi “Shevrolet-Niva”, Ağdam rayon sakini Səbuhi Həsənovun idarə etdiyi “QAZel” və Mingəçevir şəhər sakini Qəzənfər Allahverdiyevin idarə etdiyi (yanacaq daşıyan sistern avtomobil) “Mercedes” markalı avtomobillər toqquşub, “Mercedes” markalı avtomobil aşdığından çənindəki 24 ton 240 litr (A-92) və 14 ton 360 litr (dizel) yanacağı dağılaraq yanıb.

S.Həsənov və sərnişinlərindən - Ağdam rayon sakini Cabir Quliyev ölmüş, digər sənişini Şaiq Quliyev, habelə Q.Allahverdiyev xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti