“Avropada yaşayan azərbaycanlılar seçki prosesini qürurla izləyirlər”

“Avropada yaşayan azərbaycanlılar seçki prosesini qürurla izləyirlər”
  15 Avqust 2024    Oxunub:1187
“Torpaqlarımızın 20 faizinin işğalda qalması səbəbindən uzun illər Qarabağ və ətraf rayonlarda seçki keçirə bilmirdik. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib. Ölkəmiz öz tarixi torpaqlarında seçkilərin keçirməsi üçün hər cür şərait yaradır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Niderlanddakı “Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Elxan Mirhəşimli deyib.

O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına seçki kimi mühüm siyasi prosesin qayıtmasına sevindiyini söyləyib: “Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkunlər öz torpaqlarına qayıdır. 30 illik Qarabağ həsrətinə son qoyulduqdan sonra, ilk dəfə bu torpaqlarda Prezident seçkiləri keçirildi. İndi isə Milli Məclisə seçkilər keçiriləcək. Bu tarixi addımı təqdir edirəm. Artıq yerli sakinlər öz seçki hüquqlarından doğma şəhərlərində və kəndlərində istifadə edəcəklər. Qarabağlılar deputatlarını bu dəfə fərqli mühitdə seçəcəklər. Bu, Azərbaycan dövlətinin və diplomatiyasının uğurudur. Biz, Avropada yaşayan azərbaycanlılar olaraq bu tarixi seçkiləri qürurla qarşılayırıq. Sentyabrın 1-də baş tutacaq seçkilərdə dövlətimizə, millətimizə uğurlar arzulayırıq”.
AzVision.az


Teqlər:





Xəbər lenti