Qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb

Qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb
  15 Avqust 2024    Oxunub:960
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətindən məlumat verilib. Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti