Ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb

   Ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb
  16 Avqust 2024    Oxunub:1121
2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfransda deyib.

"Bu il ekoloji hüquqpozmalarla bağlı 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Heydər Məmmədov əlavə edib.

Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti