İspaniya Ukraynanı hərbi yardımla təmin etməyi dayandırmayacaq

İspaniya Ukraynanı hərbi yardımla təmin etməyi dayandırmayacaq
  16 Avqust 2024    Oxunub:787
İspaniya hökuməti Ukraynanı hərbi yardımla təmin etməyi davam etdirmək niyyətindədir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles bildirib.

"Ukrayna hər zaman İspaniyanın dəstəyindən istifadə edəcək", - deyə o bildirib.

O qeyd edib ki, İspaniya Ukrayna Silahlı Qüvvələrinə çox vacib olan müdafiə materialları göndərir.

Ukrayna ordusunun Kursk bölgəsinə hücumu ilə bağlı Robles vurğulayıb ki, bu əməliyyatda İspaniyanın köməyindən istifadə edilməsinə dair məlumat yoxdur.

Eyni zamanda o, Ukraynanın zəruri hesab etdiyi materiallardan istənilən vaxt istifadə edə biləcəyini istisna etməyib.

AzVision.az





Teqlər:





Xəbər lenti