Pakistanda yağışlar 209 nəfərin ölümünə səbəb olub

Pakistanda yağışlar 209 nəfərin ölümünə səbəb olub
  20 Avqust 2024    Oxunub:1148
Pakistanda iyulun əvvəlindən güclü musson yağışları və sellər nəticəsində ölənlərin ümumi sayı 209-a çatıb.
AzVision.az xəbər verir ki, 10 minə yaxın şəxs zərər çəkib.

Təbii fəlakət qurbanlarının ən çoxu Pəncab əyalətində qeydə alınıb. Daşqınların kəndləri su altında qoyduğu, 1 minə yaxın evin tamamilə və ya qismən dağıldığı, nəqliyyat yollarının zədələndiyi və elektrik təchizatının kəsildiyi bildirilib. Bir neçə bölgədə normal həyat iflic olub.

Meteoroloqlar növbəti bir neçə gün ərzində güclü leysanların davam edəcəyi barədə xəbərdarlıq edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Pakistan   mussonyağışları  





Xəbər lenti