"Linkoln" Yaxın Şərqə gəldi

"Linkoln" Yaxın Şərqə gəldi
  22 Avqust 2024    Oxunub:1083
“Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ ordusunun Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika regionlarına cavabdeh olan məsuliyyət zonasına gəlib. Gəmi F-35C və F/A-18 Blok III qırıcıları daşıyır.
AzVision.az xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, bölgəyə təyyarədaşıyan gəmi ilə yanaşı, esmineslər eskadrilyası, həmçinin aviasiyanın bir hava qanadı da gəlib. Bundan əlavə, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi artıq Yaxın Şərqdədir.

İdarə olunan raketlərlə təchiz edilmiş “Gürcüstan” nüvə sualtı qayığının da bölgəyə gəlməsi gözlənilir. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında bildirib. ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, 2023-cü ilin oktyabrında Həmas yaraqlılarının İsrailə hücumundan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almaq ABŞ-ın vəzifələrindən birinə çevrilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: ABŞ   YaxınŞərq   “AbrahamLincoln”  





Xəbər lenti