Qətərin Baş naziri İrana gedir

   Qətərin Baş naziri İrana gedir
  22 Avqust 2024    Oxunub:1214
Qətərin Baş naziri, həmçinin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Saninin yaxın günlərdə İrana səfəri gözlənilir.
İranın yarırəsmi "Təsnim" xəbər agentliyinin məlumatına görə, onun İran hökumət nümayəndələri ilə görüşlərində ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, İsrail-HƏMAS arasında atəşkəs danışıqlarının cari vəziyyəti qiymətləndiriləcək.
CNN: "HƏMAS lideri atəşkəsə maraqlıdır"

Yeri gəlmişkən, Qətər İsrail və HƏMAS müharibəsinin həllində vasitəçi rolu oynayaraq, danışıqlarda rəhbər mövqe tutur. İyulda Tehranda sui-qəsd nəticəsində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə də məhz Qətərin paytaxtı Doha şəhərində torpağa tapşırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   İran   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti