ABŞ Çinlə müharibəyə hazırlaşır

   ABŞ Çinlə    müharibəyə    hazırlaşır
  23 Avqust 2024    Oxunub:1321
Birləşmiş Ştatlar Sakit okeanda səpələnmiş bazalar şəbəkəsi yaratmağa davam edir ki, bu da Çinlə silahlı münaqişə zamanı Amerika aviasiyasının döyüş effektivliyini artıracaq.
AzVision.az “Defense news” portalının yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-nin Həqbi Hava Qüvvələrinin (HHQ) Qərargah rəisi general Devin Ellvin bundan əlavə bu bazaların mümükn hücumlardan müdafiə olunması üçün addımların atılmasının da vacib olduğunu vurğulayıb.

Münaqişə olacağı halda ABŞ-nin HHQ komandanlığı Çinin Yaponiyadakı bazalara və Quam adasındakı irimiqyaslı raket hücumundan ehtiyat edir, çünki bundan sonra Amerika aviasiyasının Sakit Okean regionunda fəaliyyət göstərmək qabiliyyəti kəskin şəkildə azalacaq.

Bununla bağlı “Agile Combat Employmen” (“Çevik Döyüş Tətbiqi”) konsepsiyasının həyata keçirilməsinə başlanılıb. Həmin plana əsasən, HHQ bölmələri daha çox yerlərdə və daha kiçik obyektlərdə yerləşdiriləcək və bu, aviasiyanın sağ qalmaq imkanını artıracaq. Habelə, HHQ-nin minimum sayda struktur və avadanlıqla mülki hava limanlarında və aerodromlarda yerləşə bilməsi nəzərdə tutulur.

“Lakin bu cür bazalara hücum təhlükəsini də aradan qaldırmaq mümkün olmayacaq. Təhlükə heç də Sakit Okeanın geniş ərazilərini çətin keçə biləcək dronlardan çox, ballistik və qanadlı raketlərdən gələcək. Raketdən müdafiə sistemləri hər bazanı əhatə edə bilməyəcək, ona görə də konkret obyekti qorumaq üçün lazım gəldikdə raketdən müdafiə sisteminə malik bölmələr öz yerlərini dəyişməli olacaqlar”, - general Ellvin bildirib.

O qeyd edib ki, praktikada etibarlılıq nümayiş etdirən başqa bir texnika yalançı hədəflərin quraşdırılmasıdır. Generalın sözlərinə görə, həmçinin, bazaların komandanlığının sabitliyinin təmin edilməsinə, elektron müharibədən və kiberhücumlardan qorunma tədbirlərinə vaxt ayrılmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin   müharibə  





Xəbər lenti