Zelenski: “Çinin təklifləri “sülh palnı” deyil”

   Zelenski: “Çinin təklifləri    “sülh palnı”    deyil”
  28 Avqust 2024    Oxunub:1005
Çinin Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı təkliflərini “sülh planı” adlandırmaq olmaz.
Ukrayna prezidenti Volodimir Zelenski “O Globo” telekanalına müsahibəsində bildirib ki, Hindistanın baş naziri Narendra Modi Kiyevə son səfəri zamanı ondan Ukrayna tərəfinin Pekinin planı haqqında nə düşündüyünü soruşub.

“Mən dedim ki, bu plan deyil. Bu, sadəcə olaraq, müharibəni unutmadıqlarını söyləmək üçün siyasi bəyanatdır - ancaq bu, nə isə kağız üzərində olan bir şeydir. Mən yalnız konkret və dürüst təklifləri qəbul edirəm”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Kiyev-Moskva müharibəsində neytral mövqe tutduğunu bildirən Braziliya da Çinə oxşar hərəkət edir.

- Bu, sadəcə, siyasi ritorikadır. Bu səmimi söhbət deyil. Bizə və Braziliya xalqına qarşı münasibətdə bu ədalətli deyil. Digər tərəfdən, onlar Çin planına qoşuldular”, - Ukrayna prezidenti deyib.

Qeyd edək ki, Çin və Braziliya bu ilin yazında hərbi əməliyyatlara son qoymaq üçün Rusiya və Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının keçirilməsini nəzərdə tutan birgə plan açıqlayıblar. Çinin xarici işlər naziri Vin İ bildirib ki, təkliflər iyirmidən çox ölkə tərəfindən dəstəklənib.

Dünən isə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyib ki, gərginliyin səngiməsinə ümidlər artdıqca və “sülh perspektivləri daha da işqılandıqca” daha çox dövlət bu dəstəyə qoşulmalıdır. Pekinin təkliflərini şərh edən Ukraynanın Xarici İşlər nazirliyi sülhün necə olacağına qərarı Kiyevin verəcəyini bildirib. Yeri gəlmişkən, Ukrayna Pekinin 2023-cü ilin fevralında təqdim etdiyi və Kremlin qiqqətəlayiq saydığı 12 bəndlik digər planına da skeptik yanaşma sərgiləmişdi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Ukrayna   Çin   Braziliya  





Xəbər lenti