Polşa: “NATO Rusiya raketlərini vurmaq istəmir”

   Polşa: “NATO Rusiya raketlərini vurmaq istəmir”
  28 Avqust 2024    Oxunub:1029
NATO ölkələri Vladimir Zelenskinin Ukrayna üzərində Rusiya raketlərini vurmaq çağırışına çox şübhə ilə yanaşırlar.
AzVision.az xəbər verir ki, Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukrayna prezidenti Volodimir Zelenskinin xahişindən təəccüblənmədiyini, lakin Varşavanın öz maraqlarından çıxış edərək qərar verəcəyini bildirib.

“Heç bir ölkə fərdi qaydada belə qərarlar (Rusiya raketlərinin vurulması – red. ) qəbul etməyəcək. NATO-da belə bir qərarın tərəfdarlarını görmədim”, - nazir Polşanın “RAR” agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, bu ilin iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Vladimir Zelenskinin sözlərinə görə, bu müqavilə Ukrayna üzərində Rusiya raketlərini vura bilmək imkanının ehtiva edir.

Lakin Polşanın Müdafiə naziri Varşavanın təkbaşına belə bir addım ata bilmədiyini açıqlayıb. Rusiyanın Xarici İşlər nazirliyi isə Polşanın belə addım atacağı tərzdə buna cavab verəcəyi ilə hədələyib. Maraqlıdır ki, Almaniya kansleri Olaf Şolz da Zelenskinin oxşar tələbini rədd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Polşa   Ukrayna  





Xəbər lenti