Ukraynanın enerji sektoru ABŞ-nin hesabına bərpa olunacaq

   Ukraynanın enerji sektoru ABŞ-nin hesabına bərpa olunacaq
  01 Sentyabr 2024    Oxunub:1067
Rusiyanın hücumlarından sonra Ukraynanın energetika sektorunun bərpası üçün Vaşinqton 800 milyon dollar ayıracaq.
AzVision.az bildirir ki, Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-nin energetika nazirinin müavini Devid M. Terklə görüşündən sonra belə açıqlama verib.

“ABŞ-yə səfərimiz zamanı energetika əsas mövzulardan biri idi. Nazir müavini Devid M. Terklə birlikdə biz Ukraynanın enerji sisteminin bərpası üçün lazım olan təcili addımları müzakirə etdik. Hazırda Ukraynanın energetika infrastrukturunun 50%-dən çoxu Rusiyannın hava zərbələrindən zərər çəkib”, - Yuliya Sviridenko “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ bu məqsədlə Kiyevə 800 milyon dollar həcmində yardım ayıracaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   energetika  





Xəbər lenti