Rusiyada general saxlanılıb

Rusiyada general saxlanılıb
  02 Sentyabr 2024    Oxunub:1141
Rusiya Silahlı Qüvvələrinin Leninqrad Hərbi Dairəsi komandirinin MTT müavini Valeri Mumincanov saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

O, 20 milyon rubldan çox rüşvət almaqda ittiham olunur.

İstintaqla müəyyən edilib ki, general M.Mümincanov Rusiya Müdafiə Nazirliyinin Resurslarla təminat idarəsinin rəisi vəzifəsin tutarkən Şimal Hərbi Dairəsinin geyim təchizatı üçün, kommersiya firmalarından biri ilə müqavilənin bağlanmasına üçün rüşvət alıb. Onun və qohumlarının Moskva və Voronejdə dəyəri 120 milyon rubldan çox olan çoxlu daşınmaz əmlaka sahib olduğu müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti