Medvedev: "BCM Putinə qarşı orderin icrasından çəkinməlidir"

      Medvedev:    "BCM Putinə qarşı orderin icrasından çəkinməlidir"
  03 Sentyabr 2024    Oxunub:1097
"Əgər Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri və prokurorlarından kimsə Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderin icrasına başlamağa cəhd göstərərsə, ehtiyatlı davranmalıdır".
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev dilə gətirib. O, özünün "Telegram" kanalında Rusiya liderinin Monqolustana səfəri ilə bağlı Avropa İttifaqının "narahatlıq" bəyanatına şərh bildirib.

"İttifaq rəsmi Ulan-Batora qanunsuz BCM nizamnaməsini imzaladığı üçün (Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür - red.) onu yerinə yetirməyi söyləyib. Hərçənd monqollar XIII əsrdən bəri bilinən rus-monqol münasibətləri çərçivəsində bu tələblə razılaşmayıblar. Order həyata keçirilərsə, bu yarımçıq "məhkəmə"nin hakimləri və prokurorlarının həyatlarının o iyrənc kağız parçasından fərqi qalmayacaq", - Medvedev yazıb.

Yeri gəlmişkən, Rusiya lideri Vladimir Putin ötən gecə Monqolustana yollanıb, bu gün isə paytaxt Ulan-Batorda onun rəsmi qarşılanma mərasimi baş tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Monqolustan   BCM   order  





Xəbər lenti