Fidan Ərəb Liqasının XİN rəhbərləri Şurasına qoşulacaq

   Fidan Ərəb Liqasının XİN rəhbərləri Şurasına qoşulacaq
  09 Sentyabr 2024    Oxunub:914
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ərəb Liqasının XİN rəhbərləri Şurasının iclasında iştirak məqsədilə sabah Misirin paytaxtı Qahirəyə gedəcək.
İclasda bir sıra regional məsələ ilə yanaşı əsasən Qəzza zolağındakı müharibənin cari vəziyyəti ilə bağlı danışıqlar aparılacaq.

Xatırladaq ki, rəsmi Ankara sözügedən iclasa axırıncı dəfə 2011-ci ildə dəvət almışdı. Hakan Fidanın 13 ilin ardınca iclasda iştirakı Türkiyə və Körfəz ölkələri arasında münasibətlərin normallaşma prosesinin bir mərhələsi kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   ərəb-ölkələri   nazir   iclas  





Xəbər lenti