Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət edilib

Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət edilib
  13 Sentyabr 2024    Oxunub:1137
Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 516 müraciəti daxil olub.
Bu barədə AzVision.az -a DMX-dən məlumat verilib. Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 40 min 800 müraciət ediblər.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 1216 olub.

AzVision.az



Teqlər:





Xəbər lenti