Bəzi rayonlarda leysan yağıb

Bəzi rayonlarda leysan yağıb
  21 Sentyabr 2024    Oxunub:323
Sentyabrın 21-i saat 9:00 üçün məlumata əsasən, bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər: hava   yağış  





Xəbər lenti