Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib

Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib
  21 Sentyabr 2024    Oxunub:1104
16-20 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Dayanıqlı Enerji Həftəsi çərçivəsində tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova təmsil edib.

Tədbirin “COP29” və “SPECA Forum 2024”-ə doğru: Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi” adlı panelində təqdimatla çıxış edən Rəna Hümbətova enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin ölkəmizdə istifadə edilməsi nəzərdə tutulan yaşıl texnologiyaların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.

Daha sonra Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin seçkisi keçirilib. Seçki nəticəsində Rəna Hümbətova Komitənin vitse-sədri seçilib.


Tədbir “Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər” ilə bağlı sessiya ilə davam edib. Sessiyada yeni seçilmiş sədr və sədr-müavinləri növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparıb.


Rəna Hümbətovayaşıl enerji dəhlizlər konsepsiyası və bu konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb və UNECE-nin Dayanıqlı Enerji Komitəsinin yeni seçilmiş vitse-sədri olaraq enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti