Axtarışda olan 6 nəfər Azərbaycana ekstradisiya edildi

   Axtarışda olan 6 nəfər Azərbaycana ekstradisiya edildi
  24 Sentyabr 2024    Oxunub:303
Beynəlxalq axtarışda olan altı şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Rusiya Baş Prokurorluğu Azərbaycan vətəndaşları Həbibov Orxan Afiq oğlu, Şirinov Elcan Akif oğlu, Süleymanov Zülfüqar Vahid oğlu, Vəliyev Arif Rasim oğlu və Səlimov Pərviz Rzavan oğlunu Azərbaycana göndərib.

Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq bu ilin sentyabrın 17-də, digər qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq sentyabrın 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti