Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb

Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
  24 Sentyabr 2024    Oxunub:239
Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti