Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakiirə ediblər

Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakiirə ediblər
  24 Sentyabr 2024    Oxunub:259
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sbika ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın cari aspektləri və perspektivlərini müzakirə ediblər.

Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektləri barədə danışıblar.

Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə fikir mabdiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti