Azercell və GSMA əməkdaşlığı gücləndirir
Xatırladaq ki, GSMA münbit biznes mühitinin yaradılması, innovasiya və sosial dəyişikliyin təşviqi məqsədilə mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. Konfrans çərçivəsində Azercell və Assosiasiyasının rəhbər heyəti arasında keçirilən görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları və ümumilikdə bu tərəfdaşlığın potensial inkişaf istiqamətləri müzakirə edilmişdir. Nəticədə “GSMA Advance”ın Azercell əməkdaşları üçün xüsusi təlimlər təşkil edəcəyi barədə razılıq əldə olunmuşdur.
Təlimlər Əşyaların interneti, mobil məxfilik və kibertəhlükəsizlik, telekommunikasiya siyasətinin tənzimlənməsi və digər bu kimi mühüm mövzulara toxunaraq şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına dəstək olacaq. Qeyd edək ki, kurslara artıq start verilib.
Ölkənin telekommunikasiya bazarının inkişafına töhfə verməyi hədəfləyən Azercell bu istiqamətdə GSMA ilə birgə yeni layihələr həyata keçirməyə davam edəcək.
AzVision.az
Teqlər: