Umerov üç müavinini və dövlət katibini işdən azad edib

Umerov üç müavinini və dövlət katibini işdən azad edib
  01 Oktyabr 2024    Oxunub:1043
Ukraynanın müdafiə naziri Rustem Enveroviç Umerov üç müavininin və nazirliyin dövlət katibinin vəzifəsindən azad edildiyini açıqlayıb.
Bu barədə Ukraynanın Müdafiə Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

“Müdafiə nazirinin müavinləri - Stanislav Qayder (Aparat rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergey, Yuri Djiqir, Lyudmila Daraqanın (dövlət katibi) vəzifədən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat verdim”, - Umerov yazdı.

Müdafiə naziri yüksək rütbəli hərbi məmurların işdən çıxarılmasının səbəblərini açıqlamayıb. Eyni zamanda o qeyd edib ki, hərbi vəziyyət zamanı müdafiə sistemi qapalı nümunəyə çevrilir. Bu isə o deməkdir ki, bütün proseslər aşkar və nəzarətdə olmalıdır. Onlara hər hansı kənar və ya daxili təsir cəhdləri yolverilməzdir. Umerovun sözlərinə görə, kadr dəyişiklikləri də bu kontekstdə aparılır. O, yeni təyinatları sonra açıqlayacağını bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti