Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  02 Oktyabr 2024    Oxunub:628
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının keçirilməsi oktyabrın 7-də nəzərdə tutulub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, iclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək. İclasda Rusiyanın 2024-cü ildə təşkilata sədrliyi çərçivəsində birgə görülən işlərin ilkin nəticələrinə yekun vurulacaq.

"Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyinin hazırlanması və qeyd olunmasına xüsusi diqqət yetiriləcək”, - deyə M.Zaxarova əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti