Prezident Cəbrayıl rayonuna gedib

   Prezident Cəbrayıl rayonuna gedib
  03 Oktyabr 2024    Oxunub:906
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Daha sonra İlham Əliyev Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Prestij-Kimya” MMC-nin zavodunun və “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimlərində iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti