İsrail bu dəfə Beyrutun mərkəzini vurdu: Ölən və yaralanalar var

   İsrail bu dəfə Beyrutun mərkəzini vurdu:    Ölən və yaralanalar var
  03 Oktyabr 2024    Oxunub:1100
Oktyabrın 3-ü səhər saatlarında İsrail Beyrutun mərkəzinə hücum edib.
Bu barədə Reuters məlumat yayıb. Livan səlahiyyətlilərinə istinad edən nəşr yazıb ki, ən azı altı nəfər ölüb.

İsrail ordusu Beyruta zərbələr endirdi - VİDEO
"İsrail ordusu Livanın paytaxtına dəqiq hava zərbəsi endirib. Hədəf Beyrutun mərkəzi bölgəsində, parlament və hökumət binası olub. Hücum nəticəsində azı 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb", -məqalədə yazılıb.

Bundan əlavə, ötən həftə "Hizbullah" lideri Həsən Nəsrullahın öldürüldüyü Dahiyə rayonuna da üç raket atılıb. "Hizbullah" diqqət çəkən bəyanat yayıb. Qeyd edilib ki, onlar artıq Livan ərazisində İsrail qoşunları ilə döyüşə giriblər. İddia olunur ki, Marun ər-Ras adlı sərhəd şəhəri yaxınlığında İsrail ordusunun üç tankı məhv edilib.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələri bu günlərdə Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının obyektlərini və infrastruktrunu sıradan çıxarmaq məqsədilə quru əməliyyatına başladığını bəyan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti