Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

   Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  01 Oktyabr 2024    Oxunub:777
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.
AzVision.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.



İnvestisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb. Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanlarını müzakirə ediblər.


Teqlər:





Xəbər lenti