Mikayıl Cabbarov: Cari ilin 8 ayında qeyri-neft sektorunda 7 faiz artım olub

      Mikayıl Cabbarov:    Cari ilin 8 ayında qeyri-neft sektorunda 7 faiz artım olub
  10 Oktyabr 2024    Oxunub:1124
Cari ilin 8 ayında ÜDM-də 4,3 faiz, qeyri-neft sektorunda 7 faiz artım olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə bildirib. Nazir qeyd edib ki, Azərbaycan 2017-ci ildən rəqəmsal bacarıqlarına fərqli şəkildə başlayıb.

“Startap şirkətləri də bu prosesə cəlb olunub. Biz kifayət qədər qoyulan investisiyaların qarşılığını görmüşük. İnnovativ həllər planlaşdırıldığı kimi heç də özünü doğrultmur. Bu da bizi qətiyyətlə irəli getməyə sövq edir”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti