Partiya sədrinin qohumunu öldürdülər - AÇIQLAMA
“Onlarla qan qohumluğumuz var, amma birinci dərəcədən qohum deyil. Onları normal, sakit, yaxşı insan kimi tanıyıram”.
Qeyd edək ki, iyul ayının 12-də gecə saat 04:00-da Biləcəri qəsəbəsində baş verən davada 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu bıçaqlayıb.
Öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.
Fatimə Kərimli
Teqlər: