“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb

“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb
  25 Oktyabr 2024    Oxunub:519
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı ölkəmizin işğaldan azad olunmuş ərazilərində yaşayan yerli sakinlər ilə görüşlər davam edir.
AzVision.az xəbər verir ki, bu çərçivədə növbəti görüşlər Şuşa və Laçın şəhərlərində baş tutub.

“ABAD”ın direktoru Rüfət Elçiyev tərəfindən qurumun fəaliyyətinə dair təqdimatlar edilib. Sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırılıb.

Təqdimatlar sual-cavab sessiyası ilə yekunlaşıb.

Görüşlərdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Müvafiq proses ən yaxın zamanda həyata keçiriləcək.

Görüşdə Şuşa və Laçın rayonları üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti