Qazaxıstanda ekstremistlər firqəsi ləğv edilib

Qazaxıstanda ekstremistlər firqəsi ləğv edilib
  04 Noyabr 2024    Oxunub:798
Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin Kentau şəhərində keçirilmiş xüsusi əməliyyat zamanı “Hizb-ut-Təhrir” dini ekstremist təşkilatının məxfi bölməsi müəyyənləşdirilərək ləğv olunub.
AzVision.az Qazaxıstanın Daxil İşlər nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində 10 nəfər qruplaşma üzvü saxlanılıb. Yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb.

“Əməliyyat-axtarış tədbirləri zamanı qrup üzvlərinin terrorizm ideyalarını təbliğ edən, habelə dini hissləri və digər etiqadlı vətəndaşların alçaqlığını təhqir edən faktlar müəyyənləşdirilib. Bölmə üzvləri internet resurslarından istifadə edərək “Hizb-ut-Təhrir” qruplaşmasının xarici radikal təbliğatçılarının mühazirələrinin alınmasə və yayılması ilə məşğul olublar”, - polisin verdiyi məlumatda deyilir.

Hazırda terrorizmin təbliği və dini ədavətin qızışdırılması maddələri çərçivəsində ibtidai istintaq aparılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   ekstremistlər   firqə  





Xəbər lenti