Dijital dünyada maliyyə təhlükəsizliyi

   Dijital dünyada maliyyə təhlükəsizliyi
  20 Noyabr 2022    Oxunub:116
Maliyyə əməliyyatlarının rəqəmsallaşdırılması bir çox üstünlüklərə malikdir. Əsas üstünlük əməliyyatların sürətli olmasıdır. Plinko demo versiyası maliyyə təhlükəsizliyi sahəsində ən qabaqcıl şifrələmə texnologiyasından istifadə edir. Çünki dijital dünyada maliyyə təhlükəsizliyi ən yüksək səviyyədə olmalıdır. İnsanların şəxsi və maliyyə məlumatları dələduzların əlinə keçə bilər.
Artıq internet üzərindən alış-verişdən tutmuş internet bankçılığına qədər bir çox sahədə maliyyə əməliyyatları dijital mühitdə aparılır. Belə olan halda maliyyə əməliyyatları müxtəlif kiber hücumlara məruz qalır. Buna görə də təhlükəsizliklə bağlı tədbirlərə xüsusi diqqət yetirilir. Hər insan bu təhlükəsizlik tədbirləri sayəsində şəxsi və maliyyə məlumatlarını qoruya bilər. Bu yazıda sizləri onlardan ən əsasları ilə tanış edəcəyik.

Maliyyə təhlükəsizliyi tədbirləri

Demək olar ki, indi mobil cihazlardan istifadə etməyən yoxdur. İnternetə bağlı olan bütün cihazlar müxtəlif risklər daşıyır. Bu risklərə maliyyə və şəxsi məlumatların yayılması da daxildir. Bəs bu risklərdən necə qorunmaq lazımdır? Aşağıda bir neçə əsas tədbirləri görəcəksiniz:
• Şübhəli e-poçt və mesajları açmayın
• Güclü şifrələrdən istifadə edin
• İki faktorlu doğrulama yaradın
• Antivirus və Antimalware proqramlarından yararlanın
• Bildirişləri aktiv edin
• Bank hesablarınızı mütəmadi yoxlayın


Güclü şifrələr istifadə etməklə dijital təhlükəsizliyinizi qoruya bilərsiniz. Bu üsul sadə görünsə də çox effektivdir. Ən azı 8-12 simvoldan ibarət olan şifrə yaradın. Bura həm hərfləri, rəqəmləri, həm də xüsusi simvolları əlavə edin. Eyni şifrəni başqa platformalarda istifadə etməyin. Hər hesab üçün fərqli şifrələrdən istifadə edin. Şifrələri mütəmadi olaraq yeniləyin.

Kriptovalyutalar və Blokçeyn texnologiyası

Kriptovalyutalar dijital dünyada populyarlaşmağa başlayır. Təbii ki, onlardan təhlükəsiz şəkildə istifadə etməkdən ötrü xüsusi təhlükəsizlik tədbirləri tələb olunur. Maliyyə vəsaitlərini qorumaq üçün soyuq pul kisələrindən istifadə etməyi məsləhət görürük.


Teqlər: Maliyyə  





Xəbər lenti