Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
İnfoturda biznes influenserləri iştirak ediblər. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.
İnfotur iştirakçıları Laçın şəhəri və Sus kəndində tikilən yaşayış evlərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, foto-video çəkilişlər aparıblar. Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad olunmuş ərazilərə infoturlar davam etdiriləcək.
AzVision.az
Teqlər: