Makron yaxın günlərdə Fransanın yeni Baş nazirini təyin edəcək

Makron yaxın günlərdə Fransanın yeni Baş nazirini təyin edəcək
  05 Dekabr 2024    Oxunub:663
Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, ölkə lideri bunu xalqa müraciəti zamanı deyib.

Emmanuel Makron onu da qeyd edib ki, 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər vəzifədə qalmaq niyyətindədir.

"Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər bu vəzifəni icra edəcəyəm," - dövlət başçısı qeyd edib.

AzVision.az





Teqlər:





Xəbər lenti