Perenciyev: “NATO kommersiya layihəsidir”
Bundan əvvəl Donald Tramp “New York Post” qəzetinə müsahibəsində, Avropa ölkələri təşkilatı lazımi şəkildə maliyyələşdirməsə, ABŞ-nin son nəticədə NATO-dan çıxa biləcəyini deyib. O, Vaşinqtonun Alyansda olmasının müttəfiqlərin öz maliyyə öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olduğunu vurğulayıb.
“Donald Tramp yalan danışır. ABŞ üçün Şimali Atlantika Alyansının böyük gəlir gətirən kommersiya layihəsi olduğunu xatırlatmağı unudub. Söhbət ilk növbədə onların peyklərinə satellitlərinə şişirdilmiş qiymətlərlə silah satmasından gedir. Məsələn, Amerika hava hücumundan müdafiə sistemi olan “Patriot” zenit-raket kompleksini Polşaya iki dəfə baha qiymətə satıb”, - rusiyalı ekspert bildirib.
Perenciyevin fikrincə, Ağ Evin NATO-ya üzvlükdən çıxmaq barədə hədələri Trampın Şimali Atlantika Alyansının gəlirliliyini artırmaq üçün Avropa İttifaqı ölkələrinin hakimiyyətlərinə təzyiq etmək cəhdidir. Ona görə də, Amerikanın gələcək rəhbərinin xəbərdarlığı şantajdan başqa bir şey deyil və bu, alyansın fəaliyyətini yaxşılaşdırmaq üçün NATO-nun avropalı üzvlərinin daha çox pul ödəyəcəyinə gətirib çıxarmalıdır.
Qeyd edək ki, dünən Parisə səfəri çərçivəsində fransalı həmakrı Emmanuel Makronla NATO-nun fəaliyyətini və perspektivlərini müzakirə edən Donald Tramp “New York Post” qəzetinə müsahibəsində “Nə qədər ki, hesablar üzrə ödənişlər olunur NATO yaxşıdır” ifadəsini işlədib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp NATO Perenciyev