Vaşinqton Kiyevə ən azı 847 ədəd “Patriot” raketi verib

Vaşinqton Kiyevə ən azı 847 ədəd “Patriot” raketi verib
  10 Dekabr 2024    Oxunub:533
Pentaqon Kiyevə ümumilikdə 3,26 milyard dollar dəyərində ən azı 847 ədəd təkmilləşdirilmiş “Patriot” zenit raketi təhvil verib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin büdcə hesabatlarında göstərilir. Ukraynaya təhvil verilən “Patriot Advanced Capability-3” (PAC-3) “Missile Segment Enhancement” (MSE) raketlərinin dəqiq sayı barədə rəsmi məlumat verilməyib, lakin Pentaqonun büdcə hesabatlarını öyrənməklə vəziyyəti aydınlaşdırmaq olar.

Beləliklə, 2023-cü ildə MSE raketlərinin alınması üçün ümumi büdcə ilkin 1,037 milyard dollar olsa da, əlavə maliyyələşmə hesabına 2,47 milyard dollara yüksəlib. Bu, daha 375 təkmilləşdirilmiş “Patriot” zenit raketinin alınmasına imkan verib.

Cari ildə büdcə 3,03 milyard dollara yüksəlib ki, bu da daha 472 raketin alınmasına imkan yaradıb. Ümumilikdə 2023-2024-cü illərdə əlavə maliyyələşdirmə 3,26 milyard dollar təşkil edib. Nəticədə 847 “Patriot” raketinin alınması üçün vəsait yetərli olub.


AzVision.az



Teqlər:





Xəbər lenti